Rusiyalı tele və radio aparıcı, ictimai xadim Kseniya Sobçak azərbaycanlı reperlərin böyük pərəstişkarı olduğunu etiraf edib.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Ostorojno, Sobçak!" Yutub layihəsinin yeni buraxılışında Rusiyanın "Qolos" vokal şosunun populyar iştirkaçılarından biri Nərgiz Zakirovadan müsahibə alıb.
Müğənni ilə rep musiqisini müzakirə edən K. Sobçak Əhmədli uşaqları - Anar Zeynalov və Timur Odilbekovun vaxti ilə daxil olduqları "Kaspiyski qruz" duetinin pərəstişkarı olduğunu açıqlayıb.
""Kaspiyski qruz" mənim xoşuma gəlir, heyrətamizdir!", - Kseniya Sobçak Yutub layihəsinin efirində deyib.

7News.Az








