RU
SOCAR 2015-ci ildə həyata keçirilmiş qazma işlərinin statistikasını açıqladı
11:18
346

SOCAR 2015-ci ildə həyata keçirilmiş qazma işlərinin statistikasını açıqladı

2015-ci ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6686 metr qazma işi həyata keçirilib.

Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 104411 metr qazma işi görülüb ki, bunun da 103411 metri istismara, qalanı isə kəşfiyyata aid olub.

Qeyd edək ki, dekabr ayı ərzində qazmadan alınmış 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ