7News.Az xəbər verir ki, bu fikirləri SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şəxsi "facebook” səhifəsində yazıb.
"Tutaq ki, alınsaydı və o adam işə götürülsəydi, əslində mümkün olsaydı, o, kişiyə heç kim imtina etməzdi. Bu, indi qəti mümkün olmadığından, sistemin buna imkan vermədiyindən alınmayıb. Nə olardı? Sevimli, təmiz, nümunəvi ağsaqqal bir insanın adına, nüfuzuna nə qədər kölgə salardı, Bu futbolçunun hərəkətinə yazıqlar olsun”.
X. Məmmədov qeyd edib ki, SOCAR-da işə qəbul yalnız müsabiqə yolu ilə mümkündür: "Deyirik, yazırıq, dəfələrlə İnsan Resurslarının Departamentinin rəhbərliyi bəyanatlar yayır. SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyyar, bilik, səriştə, bacarıqdır. Burada tanış, dost, dayı keçmir”.








