RU
SOCAR-dan neftin qiyməti ilə bağlı — PROQNOZ
19:30
731

SOCAR-dan neftin qiyməti ilə bağlı — PROQNOZ

"Yaxın bir il ərzində dünya bazarında xam neftin qiyməti 40-50 dollar/barel diapazonunda hərəkət edəcək və ya maksimum 55 dollar olacaq”.

7news.Az-ın "Report”a istinadən verdiyi məlumata görə, bunu "SOCAR Trading S.A.” şirkətinin rəhbəri Arzu Əzimov deyib.

A.Əzimovun sözlərinə görə, qiymətlər yüksəldikdə, Amerikadakı şirkətlər hasilatı artırır: 

"Məsələ burasındadır ki, qiymətlər sürətlə yüksələn kimi, Amerika hasilat şirkətləri istehsalı sürətlə artırır. Buna görə də bazarlarda xam neftin qiyməti 40-50 dollar, maksimum 55 dollar olaraq qalacaq”.

Əsas treyderlər hesab edirlər ki, ABŞ-da şist neft və İranla Səudiyyə Ərəbistanında gözləniləndən artıq neft hasil edilməsi bundan sonra ən azı 6 ay qiymətlərdə disbalansa səbəb olacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ