SOCAR-ın xarici ölkələrdə yatardığı törəmə şirkəti - “SOCAR Trading” ABŞ-ın Hyuston şəhərində ofis açmağı planlaşdırır.
Bu barədə Reuters-ə müsahibəsində şirkətin icraçı direktoru Arzu Əzimov deyib.
“Ofis ABŞ-da və onun xaricində neft və neft məhsullarının satışını həyata keçirmək üçün açılacaq. Bizim həmçinin Kanadanın Kalqari şəhərində ABŞ və Kanada arasında ticarət imkanlarını araşdıran ofisimiz var”, - Əzimov deyib.
Baş qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti 2007-ci ildə yaradılıb./oxu.
7news.Az








