RU
SOCAR-ın vitse-prezidentləri xəstəxanada
20:00
710

SOCAR-ın vitse-prezidentləri xəstəxanada

Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.

7news.az APA-ya istinadən verdiyi məlumata görə, vitse- prezidentlər Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıb, onlarla bağlı həkimlərdən məlumat alıblar.

Məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda hadisə baş verən platformadadır.

Xatırladaq ki, qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.

7news.az

 

 

SOCAR-ın vitse-prezidentləri xəstəxanada - Fotolar
SOCAR-ın vitse-prezidentləri xəstəxanada - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ