RU
SOCAR-ın yüksək vəzifəli şəxsinin oğlu yaşlı kişidi belə döydü: VƏHABİLƏRİ HİMAYƏ EDİRMİŞ
08:42
245

SOCAR-ın yüksək vəzifəli şəxsinin oğlu yaşlı kişidi belə döydü: VƏHABİLƏRİ HİMAYƏ EDİRMİŞ

7NEWS.az xəbər verir ki, bu barədə araşdşrmaçı-jurnalist Samir Feyruzov məlumat verib: "Bir neçə dəqiqə bundan əvvəl SOCAR-ın Nəqliyyat Departamentinin rəisi, ölkədə vəhhabilərin əsas himayəçilərindən hesab olunan Elçin Zülfüqarovun oğlu Elnur Qaradağ rayonu Qobustan qəsəbəsində yaşlı bir kişini döyüb. 

Səbəb də odur ki, yaşlı kişi E.Zülfüqarovun oğlunun maşınına yol verməyib. Elnur (27 yaşlı) idarə etdiyi maşınla yaşlı kişinin idarə etdiyi maşının qarşısını kəsib, onun maşından düşürərək döyüb. 

Döyülən adam 11-ci polis bölməsinə və 102-yə şikayət edib. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, məsələni diqqətdə saxlayın! Qudurğan məmur oğlu birinci dəfə deyil ki, belə xuliqanlıqlar edir. Hər dəfə də cəzadan xilas olur. Bundan bir müddət əvvəl E.Zülfüqarovun qardaşı oğlu da 21 yaşlı bir gənci bıçaqlayıb öldürmüşdü."
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ