RU
SOCAR Monteneqroya bir manat da vəsait qoymayıb
11:29
1505

SOCAR Monteneqroya bir manat da vəsait qoymayıb

“Neftin ucuzlaşması yeni layihələrin icrasına mane olur”.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi yeni investisiya layihələrinin həyata keçirilməsinə mane olur.

7News.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, əvvəl başlanan investisiya layihələrinin icrası hazırda davam etdirilir.

SOCAR prezidenti deyib ki, SOCAR Monteneqroya sərmayə yatırmır:

“Artıq neçə dəfədir biz deyirik ki, Monteneqroya SOCAR bir manat da vəsait qoymayıb. Sadəcə SOCAR bir çox Azərbaycan şirkətləri üçün müxtəlif layilərin icrasında vasitəçilik edir.

Həmin tenderdə böyük şirkətlər iştirak edib, Azərbaycan şirkətləri SOCAR-ın brendi ilə bu tenderi udub və indi həmin işləri reallaşdırır. Biz sadəcə vasitəçilik etmişik. Bir müddətdən sonra bu prosesdən tam çəkiləcəyik və şirkətlər işlərini özləri görəcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ