"SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətində işçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə 7News.Az-a "SOCAR Polymer”dən bildiriblər.
Şirkətdən verilən məlumata görə, bütün işçilərin əmək haqqları bir həftə əvvəl tam olaraq ödənilib.
"Hazırda işlər qaydası üzrə gedir, işçilərdən heç bir şikayət daxil olmayıb”, - Şirkətdən qeyd ediblər.
7News.Az








