RU
SOCAR prezidenti İsveçrədəki SOCAR nümayəndəliyinin bağlanmasının səbəblərini
13:48
1456

SOCAR prezidenti İsveçrədəki SOCAR nümayəndəliyinin bağlanmasının səbəblərini

Dünya bazarında neftin ucuzlaşması SOCAR-ı struktur dəyişiklikləri etməyə məcbur edib. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, SOCAR hər bir şirkət kimi xammalın qiymətinin ucuzlaşmasına cavab olaraq müvafiq qərarlar qəbul edib.

İsveçrədə SOCAR nümayəndəliyinin bağlanması barədə məlumatı şərh edərkən R.Abdullayev bildirib ki, SOCAR bütün xarici nümayəndəliklərin fəaliyyətinin dayandırılması barədə qərarı hələ ötən ilin dekabrında qəbul edilib: "Nümayəndəliklərin funksiyaları Bakıdakı ofisə və tam SOCAR-a məxsus olan şirkətlərə verilib".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ