Bu ölkənin deputatı jurnalistlərə açıqlama verib.
Sabah Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə görüşəcək.
Bu barədə Gürcüstan parlamentinin deputatı Georgi Volskiy jurnalistlərə açıqlamasında bildirib.
“Sabah Gürcüstana SOCAR-ın nümayəndəsi gələcək. Tərəflər qaz tədarükü ilə bağlı detalları müzakirə edəcəklər. Əsasən müzakirə qiymətlərlə bağlı olacaq”, - deyə G.Volskiy bildirib.
Qeyd edək ki, bu gün Gürcüstan-ın energetika naziri qeyd edib ki, Gürcüstan Rusiya qazından asılı olmayacaq.
“Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməmək üçün bir çox imkanları var. Reallıqdan çıxış edərək, bu məsələdə Gürcüstan üstün vəziyyətdədir”, - Kaladze bildirib./oxu
7news.az








