RU
SOCAR Türkiyədəki layihələrə 12.6 milyard dollar xərcləyib
18:40
473

SOCAR Türkiyədəki layihələrə 12.6 milyard dollar xərcləyib

"Azərbaycan Dövlət Neft Şirkəti ARDNŞ Türkiyənin ən böyük xarici sərmayəçilərindəndir”.

7news.Az xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş.”-nin xarici əlaqələr üzrə rəhbəri Murad LeCompte deyib.

O bildirib ki, şirkət Türkiyədə investisiyalara 2008-ci ildə başlayıb. Şirkətin iri investisiya layihələri arasında "Petkim”, "Petlim”, 2018-ci ildə fəaliyyətə başlayacaq "STAR” Neft Emal Zavodu, yenə 2018-ci ildə ilk qazın nəql ediləcəyi TANAP var.  

Murad LeCompte investisiyaların həcminin 12.6 milyard dollara çatdığını vurğulayıb. Məlum olub ki, layihələr tamamlandıqda bu məbləğ 19.5 milyard dolları keçəcək: "Bu qədər böyük bir investisiyanın Türkiyə üçün çox əhəmiyyətli olduğunu düşünürəm”.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ