RU
Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB
20:32
373

Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb - YENİLƏNİB

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü başa çatıb.

Görüş 3 saat davam edib.

17:18

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

7NEWS.Az -ın xəbərinə görə, Rusiya dövlət başçısının iqamətgahında keçirilən görüş Qarabağda münaqişənin bitməsi ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümünə həsr olunub.

Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması məsələlərinə baxılacaq.
 
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ