baş-beynindən ağir xəsarət alan 48 yaşlı Gülnaz Ələkbərova xəstəxanada dünyasını dəyişib.
Hadisədən sonra dərhal Xudat, sonra isə Xaçmaz rayon xəstəxanalarına çatdırılan qadını həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
7News.az-ın məlumatına görə, Samir Qaçıyev qadının başına 3 balta zərbəsi endiribmiş. Onların arasında şəxsi tanışlığın olduğu, Samirin mərhumun qızını qaçırandan 3 gün sonra geri qaytardığı deyilir. Yerli polisin həbs etdiyi Samir Qaçıyev barəsində Xaçmaz rayon prokurorluğunda cinayət işi açılıb.
Qeyd eləyək ki, Samir Qaçıyev subaydır, onun baltaladığı, məşuqəsi olduğu deyilən Yalama sakini Gülnaz Ələkbərovanın isə bir qızı var.//big
7News.az








