Rusiyanın Çelyabinsk şəhərində yaşayan pornoaktrisa Vladislava Zatyaqalova valideynlərini xuliqanlıqda və oğurluqda suçlayaraq onları məhkəməyə verib.
Yerli İncəsənət İnstitutunun 20 yaşlı tələbəsi V.Zatyaqalova polisə şikayətlənərək valideynləri tərəfindən vəhşicəsinə döyüldüyünü, şəxsi əşyalarının oğurlandığını deyib.
Vladislavnanın döyülməsinin səbəbi isə onun nə "iş"lə məşğul olmasından valideynlərinin xəbər tutmasıdır.
"Atam məni yumruqla, təpiklə döydü. Anam da yerə yıxandan sonra üstümə oturdu. Bədənimdə daxili qanxma baş verdi. Əşyalarımı da oğurlayıblar. Bütün bunların cəzasız qalmasını istəmirəm. Onların yeri həbsxanadır", - V.Zatyaqalova deyib.
Ötən il Vladislava Zatyaqalova Sankt-Peterburqa, xoreoqrafiya rejissorluğunu oxumağa yollanmışdı. Amma az sonra o, valideynlərinə zəng vuraraq aktrisalığa başladığını deyib.
Bir qədər də keçib, "Sofi Goldfinger" təxəllüsü götürmüş Vladislavanın çəkildiyi pornoqrafik filmlər internetdə yayılmağa başlanıb.
O, yarım ildə 50 pornofilmə çəkilib. Hər çəkiliş günü üçün 1500 dollar alan V.Zatyaqalovanın valideynləri qızlarının belə "iş"indən sinirlənərək onun telefon və noutbukunu əlindən alıblar, sonra da evdən qovublar.
"Bu adamlar dar düşüncəlidir. Onların anlamlarına uyğun yaşamıramsa, deməli, düşmənəm. Onlar qızları olduğumu da unutdular", - Vladislava deyib.
20 yaşlı pornoaktrisa Andrey Malaxovun "Pust qovoryat" verilişinə dəvət də alıb./milli
7news.az















