"Turritopsis nutricula"- meduza növü, yer kürəsində yeganə canlıdır ki, əbədi olaraq gənc qala bilir.
Bunu meduza çox maraqlı üsul ilə edir.
Alimlərin sözlərinə görə meduza ilk növbədə böyüməyi bacarır, yəni yaşlanır.
Lakin bundan başqa o, qocalandan sonra yenidən cavanlaşma prosesinə qayıdır.
Alimlərin iddia etdiklərinə görə, "Turritopsis nutricula" meduzaları yer kürəsində yeganə canlıdırlar ki, zamanı sözün əsl mənasında geri qaytara bilirlər.
Bütün bu proses isə, ümumilikdə "transdifferensiasiya" adlanır, yəni bir növ hüceyrələrin başqa növ ücəyrələrə çevrilməsi.
Demək olar ki, yer kürəsində bütün canlılar "reqenerasiya" bacarığına malikdirlər.
Hətta salamandralar bütöv bir orqanlarını da reqenerasiya edə bilirlər.
Lakin "Turritopsis nutricula" meduzaları, qocalmış hüceyrələri cavan hüceyrələrə çevirməyi bacarırlar, və əgər yaşamaqları üçün düzgün şəraitə düşsələr, onlar əbədi yaşaya bilərlər.
7news.az








