Bu video internetdə baxış sayına görə rekord vurub.
7news.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, balıqçılar açıq dənizdə ov edən zaman onlara nəhəng "kalmar" hücum edib.
Videodan göründüyü kimi də, balıqçılar "kalmarın" öhtəsindən güclə gəlirlər.
Onların sözlərinə görə nəhəngi ovladıqları balıq cəlb edib.
Lakin uzun müddət davam edən mübarizədən sonra balıqçılar nizələrin köməyi ilə "kalmarı" uzaqlaşdıra biliblər.








