Braziliyada yaşyarımlıq uşaqla çox zəhərli "jararaka" ilanın görüşü gözlənilməz bitib.
7news.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, uşaq sürünəni ölənə qədər dişləyib və eyni zamanda özü heç bir xəsarət almayıb.
Hadisə Braziliyanın Riu-Qrandi-du-su ştatının Mostardas şəhərində baş verib.
Balaca Lorenso həyətdə oynayarkən onun yanında zəhəri hətta böyük insan üçün təhlükəli olan "jararaka" ilanı peydə olub.
Hələki uşağın necə ilanı gəmirməsi naməlum olaraq qalır.
Hadisədən xəbər tutan uşağın valideyinləri təcili olaraq onun zəhərlənə biləcəyindən qorxaraq xəstəxanaya çatdırıblar.
Xoşbəxtlikdən həkimlər uşağın bədənində heç bir zəhərlənmə əlaməti tapmayıblar.
Hal-hazırda uşaq özünü yaxşı hiss edir.








