RU
ŞOK! İŞİD Hindistana hücuma hazırlaşır
10:50
2009

ŞOK! İŞİD Hindistana hücuma hazırlaşır

Hindistan kəşfiyyatı Nyu-Dehli və Radjastan ştatlarının polisinə İŞİD terror qruplaşması tərəfindən hazırlanan terror aktları haqqında xəbərdarlıq edib.

Bu barədə şəxsi mənbələrə istinadən "Times of India" qəzeti bildirib.

Hindistan kəşfiyyatına görə, mümkün hücumlar payız mövsümündə planlaşdırılır. Həmin vaxt ölkədə bir sıra hindu bayramları qeyd edilir. Terror aktı bir terrorçu, həm də iki-üç terrorçudan ibarət qruplar tərəfindən həyata keçirilə bilər.

Eyni zamanda IANS agentliyinin məlumatına görə, İŞİD ölkənin şimali-şərqində yerləşən Assam ştatında fəallaşıb.

"Assamda İŞİD-ə qoşulan kimsəni görməmişik. Amma ştatda qruplaşmaya böyük maraq müşahidə edilir. Çoxları İŞİD-in saytlarına daxil olur", - ştatın polis rəisi Kxaqen Sarma mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İŞİD-ə maraq həmçinin Kəşmir və Andxra-Pradeş ştatlarında böyükdür.

"Times of India" nəşrinin yazdığına görə, hazırda İŞİD-in sıralarında 17 hindlinin vuruşduğu məlumdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz./day

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ