Taylandda yerli çinli icmasının əsrlərdən bəri hər il keçirdikləri "9 İmperator Bayramı" (Samkong Shrine) başlanıb.
Bu bayram dünyada "Vegetarian Festivalı" kimi tanınır.
Bayram Phuket adasında daha təntənə ilə qeyd olunur. Bu bayramın səciyyəvi məqamlarından biri yürüşlərdir.
Yürüş əsnasında "ma sonq" adlanan adamlar üzlərini və bədənləri dəlir, ən müxtəlif əşyaları dərilərindən keçirirlər.
Trans vəziyyətində hərəkət edən bu insanlar yol kənarına təamlar düzmüş sakinlərə xeyir-dua verirlər./milli
7news.az




















