RU
Şok kadrlar: avtomobil qəzasında qız doğuldu - VİDEO
18:20
491

Şok kadrlar: avtomobil qəzasında qız doğuldu - VİDEO

Bu hadisə unikal, inanılmaz sayıla bilər. Amma olay gerçəkdir. Braziliyanın cənub-şərqində, San-Paulu və Kuritiba arasındakı yolda baş vermiş ağır qəzada iki nəfər həlak olsa da, bir nəfər dünyaya gəlib.

7news.Az Daily Mail-ə istinadən bildirir ki, yük yerinə taxtalar yığılmış avtomobildə hamilə qadın da vardı. O, maşının yük yerində, taxtaların yanında əyləşmişdi.

Yük avtomobilinin sürücüsü Conatan Fereyra qəflətən qarşı hərəkət zolağına çıxıb və avtomobil qarşıdan gələn maşına çırpılıb. Zərbə nəticəsində yük avtomobili aşıb.

Qəzada hamilə qadın və avtomobilin sürücüsü həlak olublar.

Həlak olmuş qadın hamiləliyin 39-cu həftəsində idi.

Taxtalardan biri hamilə qadının qarnını yarıb, bətndəki körpə dünyaya gəlib.

 

Qəzada doğulmuş qıza Covanna adı verilib.

Hadisə yerinə çağırılmış təcili yardım heyətinin mənsubu, feldşer Elton Fernando Barbosanın dediyinə görə, qadının kimliyi hələlik müəyyənləşdirilməyib.


Şok kadrlar: avtomobil qəzasında qız doğuldu

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ