Bu kadrları görəndə şoka düşdüm. İlk əvvəl gözlərimə və qulaqlarıma inana bilmədim. Videonu dəfələrlə seyr etdim, qulaq asdım. Şübhə ola bilməz. Qızımla danışan atam idi.
Britaniyanın Şimali Uels əyalətindəki Konvi şəhərinin sakini Ketrin Merserin dediyinə görə, 3 yaşlı qızı Medlen Cons illər əvvəl vəfat etmiş babası Piter Merserlə "danışıb".
7News.Az Daily Mail-ə istinadən bildirir ki, 3 yaşlı Medlen evdə anasının smartfonunu götürərək Snapchat vasitəsilə videosunu çəkib.
O, "Arlekin" videosüzgəcindən istifadə edib və danışmağa başlayıb.
"Dəcəl, balaca..." deyən Madelen susub və düşünməyə başlayıb. Bu zaman, sanki, qəbirdən gələn səs ona "meymun" deyib.
Ketrinin sözlərinə görə, həmin səs Madelenin babasının, iki il əvvəl vəfat etmiş Piter Merserə məxsusdur.
"Madelenin danışdığını eşidəndə soruşdum ki, nə işlə məşğuldur. Mənə cavab verdi: "Baba ilə danışıram". Çox qorxdum", - Ketrin deyib.
Piter Merser 2016-cı ildə, 63 yaşında qırtlaq xərçəngindən vəfat edib.
7News.Az











