Britaniyanın The Guardian qəzetinin əməkdaşı "Böyük İyirmilik" (G20) ölkələrinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş sammitində Fransa prezidenti Emmanuel Makronla Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman arasındakı tet-a-tet danışığın şahidi olub.
7News.Az bildirir ki, Makron oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda məşhur jurnalist Camal Haşoqqinin qətlə yetirilməsi ilə bağlı narahatlığını dilə gətirib. Daha sonra o, Səudiyyə Ərəbistanının Yəməndəki hərbi əməliyyatlarından danışıb.
Qısa mükalimə belə olub:
Makron: Sizə demişdim axı, belə etməyin!
Şahzadə Məhəmməd: Narahat olmayın!
Makron: Artıq narahatam. Təşvişdəyəm. Axı demişdim. Siz heç vaxt məni dinləmirsiniz....
Şahzadə Məhəmməd: Yox, həmişə dinləyirəm. Hər şey normaldır. Vəziyyətin öhdəsindən gələ bilərəm.
Makron: Bilirsiniz ki, sözlərimə əməl etmək lazımdır. Vədlərimə də həmişə əməl edirəm.
7News.Az










