RU
Şok kadrlar: İŞİD qadınları qəfəsə salıb qorunur
12:52
731

Şok kadrlar: İŞİD qadınları qəfəsə salıb qorunur

Suriyanın paytaxtı Dəməşqdən 10 km aralıdakı Duma şəhərində "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı ABŞ və Rusiyanın hərbi təyyarələrinin raket-bomba zərbələrindən qorunmaq üçün çox əcaib, iyrənc metod seçib.

İŞİD terrorçuları şəhərdə yaşayan ələvilər arasında yüzlərlə qadını pikap tipli avtomobillərin yük yerlərində bərkidilmiş dəmir qəfəslərə salaraq küçələri gəzdirirlər.
Onlar həmin qadınlardan bombardmanlara və raket zərbələrinə qarşı "canlı sipər" qismində istifadə etmək niyyətindədirlər.

Ələvilər Suriyada prezident Bəşər Əsədin tərəfdarlarıdır.

İŞİD də ələvi qadınları qəfəsə salaraq "Bombardmanlar olarsa, bu qadınlar öləcəklər, onları vuracaqsınız" deyir.
Dünən qəfəslərdəki qadınlara ələvi kişilər də "əlavə" olunub.

Hazırda Duma küçələrində İŞİD terrorçularının ələvi kişi və qadınları 100 qəfəsə salaraq maşınlarla gəzdirdikləri deyilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ