RU
Şok kadrlar: məbəddə zarafat faciəyə çevrildi - VİDEO
17:30
674

Şok kadrlar: məbəddə zarafat faciəyə çevrildi - VİDEO

Taylanddakı məbədlərdən birində turistin ayı ilə "zarafat" istəyi faciə ilə bitib.

Olay Taylandın Phetçabun vilayətindəki zooparkda yaşanıb.

36 yaşlı Nayfum Promratee məbədin həyətində yerləşən, ayı saxlanan volyerə yaxınlaşıb. O, volyerin dəmir qəfəsindən aşağı əyilərək içində düyü olan qabı iplə aşağı sallayıb, yellədərək ayı ilə "zarafatlaşmaq" istəyib.

Hirslənmiş ayı arxa pəncələri üstə qalxaraq Naiphumu dartıb aşağı salıb və parçalamağa başlayıb.

Daha sonra o, "şikar"ını damına aparıb.

Məbədin mühafizəçiləri dərhal volyerə girərək ağır yaralar almış turisti ayının cəngindən alıblar.

Xəstəxanaya aparılmış Nayfum Promatree reanimasiya bölməsindədir. Həkimlərin dediklərinə görə, onun durumu kritikdir./milli

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Голодный медведь напал на туриста, который дразнил его едой

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ