"Gələn dəfə pul ödəməyi unutmazsınız! Bu, sizə dərs olsun!"
Qocalar üçün tikilmiş evləri ekskavatorla darmadağın edən inşaatçı fit çalaraq bunları deyib.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Zertfordşir qraflığındakı Bantinqford şəhərində baş verib.
31 yaşlı, rumın əsilli Daniel Neyqu "Royal Gardens" səmtindəki qocalar evində inşa olunmuş 5 kotteci ekskavatoru ilə darmadağın edib.
"Danny Boy" şirkətində çalışan Neyqu maaşını vaxtında ala bilmədiyi üçün şikayətlənəndə ona "bu kottecləri satın almış qocalar pulu hələ ödəməyiblər" deyiblər.
Rumın inşaatçı da sinirlənib, ekskvatoru ilə kottec kompleksinə hücum çəkib.
Onun viran qoyduğu evlərin ümumi dəyəri 850 min funt-sterlinqdir.
Sent-Olbans Kral Məhkəməsinin qərarı ilə D.Neyqu 4 il müddətinə azadlıqdan məhrum olunub.
7News.Az












