Qucağında körpə uşağı olan qadın əri ilə birlikdə qonaqları yola salırdı. Onlar maşınlarına minib həyətdən çıxan qonaqlarla sağollaşanda qəflətən darvazaya üç silahlı yaxınlaşıb. Silahlılar həyətə girməyə çalışıblar.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, olay Cənubi Afrika Respublikasının Peyntaun şəhərində, yerli vaxtla 22.40 radələrində yaşanıb.
İkisi avtomat, biri tapança ilə silahlanmış şəxslərin həyətə girmək istədiklərini görən qadın darvazanı bağlamağa başlayıb. Bu zaman onun əri darvazaya yaxınlaşaraq qapını çəkib.
Silahlılardan biri atəş açaraq qadının ərini qətlə yetirib.
Daha sonra quldurlar həyətə girərək maşınlardan birinə yaxınlaşıblar və oradakı insanları qarət edəndən sonra aradan çıxıblar.
Polis olayı araşdırır.
7News.Az











