"Ölüm qəfəsi" adlanan attraksionda qəflətən gözlənilməz olay yaşanıb. Dəmir kürə formasında olan qəfəsdə dövrə vuran motosikletçilər yıxılıblar.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə İngiltərənin Liverpul şəhərindəki "Gandeys Circus"də baş verib.
Təhlükəli sirk tryukunu yerinə yetirən motosikletçilər toqquşublar və üçü də kürənin dibinə düşüb.
Onlar ağır travmalar alıblar, hospitala aparılıblar.
7News.Az










