RU
Şok məlumat: Rusiya təyyarəsini qəsdən vurdurub
01:22
799

Şok məlumat: Rusiya təyyarəsini qəsdən vurdurub

NATO və Avropa Birliyi rəsmiləri Rusiyanın Su-24 qırıcısını hədəfləri üçün qurban verdiyini bildiriblər.

Diplomatik mənbələr Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsinin vurulmasının arxa planını müzakirə ediblər.

Əldə edilən məlumata görə, Rusiya strateji hədəfləri üçün bir təyyarəni qurban verib.

Hərbi və diplomatik mənbələr ötən ay Türkiyə sərhədində vurulan Su-24 qırıcısına 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini, ancaq buna məhəl qoymayaraq pilotun sərhəd pozuntusuna davam etdiyini bildiriblər.

Adının açıqlanmasını istəməyən hollandiyalı pilotlardan biri Türkiyə Hərbi Hava Qüvvələrinin çağırışını eşitdiklərini, dəfələrlə xəbərdarlıq edildiyini, ancaq rusların bir dəfə də xəbərdarlığa cavab vermədiyini qeyd edib./axar

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ