RU
ŞOK: Türkiyə polisi terrorun baş verəcəyini 20 gün əvvəldən bilirmiş
13:10
659

ŞOK: Türkiyə polisi terrorun baş verəcəyini 20 gün əvvəldən bilirmiş

Sentyabrın 17-də bütün polis idarələrinə bununla bağlı xəbərdarlıq yazısı göndərilib.

Oktyabrın 10-da Ankarada törədilmiş terror aktı ilə bağlı şok sənəd ortaya çıxıb. “Fox” telekanalının ana xəbər bülletenində qətliamla bağlı bəzi sənədlər yayımlanıb. Sənədlərdən məlum olur ki, Türkiyənin hüquq-mühafizə orqanları törədiləcək terror aktı ilə bağlı 17 sentyabrdan məlumatlı olub.

Həmin tarixdə polis bölmələrinə göndərilən sənəddə İŞİD-in üzvü olan “canlı bomba”ların bir mitinq zamanı özünü partlada biləcəyi qeyd edilir. Xəbərdə qeyd edilir ki, bu sənəd sentyabrın 17-də Türkiyənin bütün polis idarələrinə göndərilib. Rəsmi sənəddə yazılıb ki, İŞİD terror təşkilatı Türkiyədə böyük terakt törətmək barədə qərarf verib. Sənəddə deyilir: Planlanan teraktın bir təyyarə və ya gəmi qaçırma olacağı və ya böyük mitinqlərdən birində eyni anda bir neçə canlı bombanın özünü partladaraq dəhşətli qətliam törətməyə çalışacağı..."/lent

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ