Rusiyanın Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov jurnalistlərə ötən həftə Azərbaycan prezidenti İlham Əliyevlə görüşün təfərrüatını açıqlayıb.
7News.Az xəbər verir ki, Bakıdakı mətbuat konfransında Solovyov İlham Əliyevlə Xəzəryanı ölkələrin Jurnalistlər Birliyinin yaradılmasını müzakirə etdiyini deyib.
"Bizim İlham Əliyevlə 40 dəqiqə davam edən xoş və hərtərəfli söhbətimiz oldu. Biz müxtəlif məsələləri, o cümlədən jurnalistlərin qarşılaşdığı problemləri müzakirə etdik.
Azərbaycan Mətbuat Şurası ilə imzaladığımız memorandum Xəzər regionu Jurnalistlər Birliyinin yaradılması üçün ilk addım oldu”, - Solovyov bildirib.
7News.Az








