RU
Solovyovun İtaliyadakı villası yandırıldı
16:30
494

Solovyovun İtaliyadakı villası yandırıldı

Bu gün səhər saatlarında naməlum şəxslər rusiyalı teleaparıcı Vladimir Solovyovun İtaliyanın Komo şəhərində yerləşən villasını yandırmağa cəhd ediblər.

Bu barədə məlumatı "Corriere della Sera” qəzeti yayıb.

Yerli sakinlərdən biri yanğınsöndürənlərə insident barədə xəbər verib və hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər.

Ölkənin hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb. Həmçinin insidentlə bağlı Solovyovla da əlaqə saxlanılıb.

Nəşr yazır ki, Solovyov Komoda ümumi dəyəri 8 milyon avro dəyərində 3 əmlaka sahibdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ