Somali hökuməti Tehran-Ər-Riyad münaqişəsi fonunda İranla diplomatik münasibətləri dayandırıb.
7news.az APA-ya istinadən verdiyi xəbərə görə, Somali XİN- İrandakı səfirini geri çağıraraq, ölkədəki iranlı diplomatlara Yəməni tərk etmələri üçün 72 saat vaxt verib.
Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.
7news.az








