RU
Somali prezidentinin iqamətgahı qarşısında partlayış olub, ölən və yaralananlar var
23:11
384

Somali prezidentinin iqamətgahı qarşısında partlayış olub, ölən və yaralananlar var

Moqadişoda Somali prezidentinin iqamətgahı qarşısında güclü partlayış baş verib


Minalanmış avtomobilin partladılması nəticəsində 5 hərbçi ölüb, 10-dan çoxu yaralanıb.

Hadisə yerində 5 avtomobil yanaraq külə dönüb.

İlkin ehtimala görə, terrorçuların hədəfində partlayışdan bir az əvvəl iqamətgahdan çıxan BMT-nin avtomobil konvoyu olub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ