RU
Somalidə BMT-nin helikopteri ələ keçirildi
15:02
36

Somalidə BMT-nin helikopteri ələ keçirildi


Birləşmiş Millətlər Təşkilatı (BMT) Somalidə sərnişinləri ilə birlikdə tibbi evakuasiya edən vertolyotun ələ keçirildiyini təsdiqləyərək 'müdaxilənin davam etdiyini' açıqlayıb. Yerli media helikopterin Somali terror təşkilatı Əl Şabaab tərəfindən ələ keçirildiyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, BMT dünən Somalinin Galdmuq şəhərinə tibbi evakuasiya həyata keçirmək üçün gedən BMT vertolyotunun iştirakı ilə "aviasiya insidentinin” baş verdiyini təsdiqləyib. Yerli media, göyərtəsində 8 sərnişin və ekipaj üzvü olan helikopterin Əl-Şəbab tərəfindən ələ keçirildiyini, helikopterin Dhusamarebdən təxminən 70 km cənub-şərqdə sərt eniş etdiyini və göyərtəsində BMT personalının olmadığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ