RU
Somalidə bombalı hücum: 5 ÖLÜ VAR
15:45
54

Somalidə bombalı hücum: 5 ÖLÜ VAR


Somalinin paytaxtı Moqadişoda törədilən bombalı hücumda ilkin məlumata görə, 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti Əl-Şəbab təşkilatı öz üzərinə götürüb.

7NEWS.az xəbər verir ki, Moqadişu-Afqoye avtomobil yolunda polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında intiharçı hücumu baş verib. İlkin məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Hücumun pik saatlarda polis məntəqəsində bomba yüklü avtomobillə həyata keçirildiyi və hücumla bağlı araşdırma aparıldığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ