Somalinin paytaxtı Moqadişuda avtomobilə quraşdırılan partlayıcının işə düşməsi nəticəsində 5 nəfər ölüb, xeyli insan isə yaralanıb.
Hadisə kafenin avtomobil dayanacağında baş verib.
Partlayışdan sonra kafeyə daxil olan silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Hələlik partlayışı heç bir qruplaşma öz üzərinə götürməyib.
7news.az








