RU
Somalidə
12:05
1001

Somalidə "Əş-Şəbab" lideri

ABŞ Hərbi Hava Qüvvələrinin Somalidə aviahücumları nəticəsində "Əş-Şabab" terror təşkilatının liderlərindən olan Həssən Əli Dhure məhv edilib.
 
ABŞ 2 gün öncə terror təşkilatının üzvlərinin mövqelərinə aviazərbələr endirmişdi. Zərbələr  Keniya sərhəddinin yaxınlığında olub. Dhure ilə birlikdə daha 2 nəfər ölüb.
 
Pentaqonun məlumatına görə, Dhure paytaxt Moqadişoda  amerikalılara hücumlar planlaşdırıbmış. O, ölkədə iki terror aktında birbaşa iştirak edib: 2014-cü ildə yeni il tədbiri zamanı  Moqadişo aeraportunda və 2015-ci ildə Somalidə otela hücumda. Terror aktları zamanı 30 nəfər həlak olmuşdu, onlardan 3-ü amerikalı idi.
 
Pentaqonun mətbuat katibi Piter Kuk onu da bəyan edib ki, Dhure həmçinin «Əl-Qaidə» üzvü imiş. "Əş-Şəbab"da isə təhlükəsizlik və kəşfiyyat məsələlərinə baxırdı.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ