RU
Somalidə öldürülən qadının cənazəsi bu gecə gətiriləcək
20:26
1110

Somalidə öldürülən qadının cənazəsi bu gecə gətiriləcək

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kamaliya İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək.

7news.Az xəbər verir ki, bu barədə Trend-ə mərhumun yaxınları məlumat verib.

Məlumata əsasən, cənazə artıq İstanbuldadır və meyitin Bakıya gətirilməsi üçün hazırlıqlara başlanıb. K.İsmayılovanın cənazəsi aprelin 2-də İstanbul hava limanından J-28080 İstanbul-Bakı aviareysi ilə Bakı vaxtı ilə saat 23:30-da paytaxtımıza yola salınacaq.

Aprelin 3-də Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn mərasimi keçiriləcək.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ