7NEWS.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 181 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamada İsrail qüvvələrinin son 24 saatda daha 62 fələstinlini öldürdüyü, Qəzzada həyatını itirənlərin sayının isə 33 min 37-yə yüksəldiyi bildirilib. Açıqlamada İsrail qüvvələrinin son hücumlarında daha 91 fələstinlini yaraladığı, yaralananların ümumi sayının isə 75 min 668-ə çatdığı bildirilib.
7NEWS.az