RU
Son 2 gün ərzində 67 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
12:00
45

Son 2 gün ərzində 67 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb - DİN

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 27-də və 28-də ümumi çəkisi 67,4 kiloqramdan artıq olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə DİN-dən məluymat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 46,6 kiloqramdan çox marixuana, 3 kiloqram həşiş, 2 kiloqramdan çox tiryək, 800 qramdan artıq heroin və 15 kiloqrama yaxın psixotrop maddə metamfetamin olub.

Əlavə olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ