RU
Son 25 ildə fərariliklə bağlı cinayət işi açılmayıb - Əli Hüseynli
13:27
394

Son 25 ildə fərariliklə bağlı cinayət işi açılmayıb - Əli Hüseynli

"Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb”.

 

7news.Az xəbər verir ki, bunu Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci il dönümü ilə bağlı keçirilən "Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış” konfransında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, aprel döyüşləri gənclərin düşmənlə sona qədər döyüşdüyünü isbat etdi:

"Azərbaycan dövlətinə böyük tarixi olan dövlət kimi baxmalıyıq. Müasir gənclər Azərbaycanı dünyada tanıdıblar, buna görə onlara təşəkkür düşür. Heydər Əliyevin nəsihətləri gənclər tərəfindən dürüst icra olunur. Ölkəmizdə vətənpərvər, mübariz gənclər ordusu formalaşıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ