RU
Son 6 ayda milyonlarla məlumat sızması aşkarlanıb - RƏSMİ
12:30
22

Son 6 ayda milyonlarla məlumat sızması aşkarlanıb - RƏSMİ

"Elektron Təhlükəsizlik Xidməti tərəfindən son altı ay ərzində zərərli kontent yayan 2 milyarddan çox internet resursu müəyyən edilərək məhdudlaşdırılıb, 184 web-defacement tipli DDoS hücumu operativ şəkildə zərərsizləşdirilmiş, həmçinin 1,5 milyondan artıq məlumat sızması faktı aşkarlanaraq müvafiq reaksiya tədbirləri həyata keçirilib".

Bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

Onun sözlərinə görə, bu müdafiə sisteminin tamamlayıcı hissəsi isə vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır. Dövlətin kiber müdafiə mexanizmləri nə qədər güclü olsa da, son nəticədə qərarı vətəndaşın özü verir:

"Rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını bilmək, şəxsi məlumatlara düzgün yanaşmaq və onlayn xidmətlərdən məsuliyyətlə istifadə etmək istehlakçı hüquqlarının qorunmasında dövlət tərəfindən görülən tədbirlər qədər vacibdir".

Bildirib ki, rəqəmsal texnologiyaların inkişafı yeni imkanlar yaratdığı kimi, yeni risklər də formalaşdırır:

"Bu risklərin idarə olunması üçün güclü hüquqi, texnoloji və maarifləndirici mexanizmlərin mövcudluğu xüsusi əhəmiyyət daşıyır".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ