Türkiyənin Mersin-Aslanköy avtomobil yolunda avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb.
7news.Az report-a istinadən xəbər verir ki, yaralıların çoxu suriyalı qaçqınlardır.
Məlumata görə, avtobusdakılar kənd təsərrüfatı işçiləri imiş. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Yaralılar Mersində müxtəlif xəstəxanalara yerləşdirilib.
7news.Az








