Tanınmış azərbaycanlı muğam ifaçısı Həbib Rəhimov vəfat edib.
7News.Az xəbər verir ki, bu barədə Publika.az-a H.Rəhimovun sənət dostu Safalat Səmədov məlumat verib.
O bildirib ki, uzun illər "Azkonsert”in və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş Həbib Rəhimov uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib.
Allah rəhmət eləsin.








