RU
SON DƏQİQƏ:  Azərbaycanda güclü partlayış - YARALILAR VAR
12:18
2477

SON DƏQİQƏ: Azərbaycanda güclü partlayış - YARALILAR VAR

Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.

7News.Az FHN-ə istinadən xəbər verir ki, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ