RU
SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın,maşınlar kül oldu
10:00
166

SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın,maşınlar kül oldu

Ucarda baş verən yanğında 2 avtomobil yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə səhər saatlarında rayonun Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Rayon sakini, 1957-ci il təvəllüdlü Aydın Əhəd oğlu Əhədova məxsus evə bitişik ümumi sahəsi 145 kv/m olan artırmada güclü yanğın baş verib. Yanğın zamanı ev sahibinin "Mercedes" markalı minik maşını, ev sahibinin oğlu, 1991-ci il təvəllüdlü Zamiq Əhədzadəyə məxsus "Hyundai" markalı avtomobil yanıb.


Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və 3 texnikası cəlb olunub. Yanğın söndürülüb və ev də daxil olmaqla yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ