RU
SON DƏQİQƏ! Azərbaycanda məşhur aktyor və qardaşı vəfat etdi - FOTO
23:12
1739

SON DƏQİQƏ! Azərbaycanda məşhur aktyor və qardaşı vəfat etdi - FOTO

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib.

Bu barədə Oxu24.com-a teatrdan məlumat verilib.

Aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib.

Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.


Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
SON DƏQİQƏ! Azərbaycanda məşhur aktyor və qardaşı vəfat etdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ