RU
SON DƏQİQƏ! Azərbaycanda partlayış: Ölən var
10:00
213

SON DƏQİQƏ! Azərbaycanda partlayış: Ölən var

Gəncə şəhərində beş mərtəbəli binada baş vermiş yanğın söndürülüb.

 Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi, bina 9,  mənzil 20-də (ümümi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə) baş vermiş yanğın artıq söndürülüb.

Hadisə yerinə 8 yanğınsöndürən avtomobili cəlb olunub. Yanğının qaz sızmasından yaranmış partlayış nəticəsində baş verdiyi bildirilir.

Xatırladaq ki, hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun meyiti aşkarlanıb.

07:05
Gəncə şəhərində fərdi evdə yanğın olub.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.

Hadisə yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Yaşar Rəhimovun cəsədi aşkarlanıb.

Yanğının başvermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ