Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb.
Rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.
Artıq yanğının qarşısı alınıb. /trend
***
Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.
Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın zamanı 4-dən artıq mağaza yanıb.
Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.
Yanğının başvermə səbəbləri araşdırılır. /report
7News.Az








